AZ

"Nyukasl" ispan yarımmüdafiəçini alıb

İspaniyanın "Malaqa" klubunun hücumameyilli yarımmüdafiəçisi Antonio Kordero karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 18 yaşlı futbolçunun yeni klubu "Nyukasl"dır.

Futbolçu gələn ayın əvvəlində "Nyukasl"a keçəcək.

Ötən mövsüm Kordero 40 oyun keçirib. Yarımmüdafiəçi 6 qol vurub və 7 məhsuldar ötürmə edib.

Seçilən
112
2
operativmm.az

10Mənbələr