İspaniyanın "Malaqa" klubunun hücumameyilli yarımmüdafiəçisi Antonio Kordero karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 18 yaşlı futbolçunun yeni klubu "Nyukasl"dır.
Futbolçu gələn ayın əvvəlində "Nyukasl"a keçəcək.
Ötən mövsüm Kordero 40 oyun keçirib. Yarımmüdafiəçi 6 qol vurub və 7 məhsuldar ötürmə edib.