EN

İsrail İranın nüvə obyektlərinə hücum etməyəcəyi ilə bağlı təminat verdi

BAKI, 6 iyun. TELEQRAF

İsrail Ağ Evə təminat verib ki, ABŞ Prezidenti Donald Tramp Tehranla davam edən danışıqların uğursuz olduğunu bildirmədiyi müddətədək İranın nüvə obyektlərinə hücum etməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” nəşri məsələ ilə tanış olan iki İsrail rəsmisinə istinadən məlumat yayıb.

Rəsmilərin sözlərinə görə, İsrail belə bir hücuma hazırlaşırdı və bu, Vaşinqtonda İranla nüvə danışıqlarının pozula biləcəyi ilə bağlı narahatlıq yaratmışdı.

“Axios”un məlumatına görə, İsrail ötən həftə strateji işlər naziri Ron Dermer, “Mossad” direktoru David Barnea və baş nazir Benyamin Netanyahunun milli təhlükəsizlik üzrə müşaviri Tzaçi Haneqbinin səfəri zamanı Ağ Evə bu təminatı verib.

Xatırladaq ki, Tramp ötən həftə İsrailin Baş naziri Benyamin Netanyahudan hələlik belə bir hücumdan çəkinməyi xahiş etdiyini bəyan etmişdi.

Chosen
308
34
teleqraf.com

10Sources