EN

"Millidən təklif olarsa, "Araz-Naxçıvan"dan getməlisən" - Azər Bağırov

Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində keçirilən "Zirə" - "Araz-Naxçıvam" oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb...

- Maraqlı oyun alındı. Komandalar baxımlı mübarizə aparırdı. Birinci hissədə qol epizodlarından yararlana bilmədik. Yolumuza davam edəcəyik. İşimiz çoxdur.

- Mövsümün əvvəlində daha üstün oyunçular gətirsəydiniz daha yaxşı yerlərdə ola bilərdiniz?
- "Araz-Naxçıvan" Premyer Liqada olmadığı üçün legioner futbolçunun komandaya gəlməsinə mane olurdu. Komandanın "Transfermarkt"da olmaması, maliyyəsinin zəif olması bizə çətinlik yaradırdı. Biz hətta ilkin olaraq razılaşan futbolçuların ikisini gətirmişik. Əlimizdə olan futbolçulardan maksimum istifadə edib bu yerə qədər gəlib çıxımışıq. Yerli futbolçu çatışmazlığımız var. Bu barədə qış fasiləsində düşünəcəyik. "Araz-Naxçıvan"a ilin əvvəlində istədiyimiz 20 futbolçudan ikisi gəldi. 

- Mövsümə uğurlu başlamışdınız. Sizədə elə gəlmirmi ki, rəhbərliyin, bu futbol adamlarının iştahasını daha da artırıb?
- Həm çempiontatın lideri ilə yaxşı mübarizə apardıq. Qalib gələ biləcəyimiz oyunda məğlub oldu. Niyə də yox kimi düşüncələr var. Yaxşı yerlər uğrunda mübarizə aparmalıyıq. Bu gün futbolçulardan istədiyim bir şey var ki, meydanda maksimumu etməliyik. 

- Ötən oyunda Numan Kurdiçin avtoqolu ilə bağlı onunla danışdınız? Epizodla bağlı fikirləri nə idi?
- Kurdiçlə qolla bağlı söhbət etməmişik. Sadəcə ona lazım olan motivasiyanı vermişəm. Ona böyük qardaş kimi bildirmişəm ki, hər şey yaxşıdır. Kim istəyərdi ki, o səhvi etsin? Ona bildirdim ki, sən komandaya lazımsan. Futbolçunun üzərinə getmək düzgün deyil. Onsuz da futbolçu sayımız azıdır, Kurdiçi də qırmaq lazım deyil. 

- Müdafiənin mərkəzindəki boşluğu doldurmağı düşünürsünüzmü?
- Müdafiədə sırf boşluğumuz yoxdur. Bizim fəlsəfəmiz budur ki, cinah müdafiəçilərimiz hücumda da oynayırlar. Məsələn, müdafiəçi həm də hücumçu olmalıdır. Bizdə nöqtəni qoya biləcək futbolçuya ehtiyacımız var. Orxan bu işin üzərində işləyir. Düzdür, onda o qədər də yaxşı alınmır, amma ümid edirəm ki, alınar. Bu gün heç kim öz yaxşı futbolçusunu bizə verməyəcək. Amma transferlər etməyə çalışacağıq. 

- Hakimliklə bağlı sanki etirazınız var idi...
- Bir az emosiyalara qapılırıq. Heç vaxt hakimdən şikayət etməmişəm, bu gün də etməyəcəm. Hakimlərə həm meydanda, həm də meydandan kənarda dəstək olmalıyıq.

- 3-cü yer uğrunda bir neçə klub iddialıdır. Sizin üçüncü yeri tutmaq perspektiviniz nə qədərdir və bu, komandaya nə qədər stimul olacaq?
- Hər bir halda yaxşı yerdə olmaq istəyirik. Bir xal belə bizim üçün qənimətdir. Növbəti oyunumuz "Sabah"ladır. Onlar Azərbaycanda 3 ən yaxşı klubdan biridir. Həm oyunçu ehtiyatına görə, həm də səviyyəsinə görə. İnşallah yaxşı yeri tutub, fasiləyə yollanarıq. Ondan sonra da yaxşı planlar qurarıq. 

- Adınız milli komandanın baş məşqçi postuna hallanır. Təklif olacağı halda, həm komanda da, həm də klubda işləmək çətin olmayacaq. 
- Təklif olmayıb hələ, müzakirə mövzusu olmayıb bu. Amma fikrimcə məşqçi bir yerdə çalışmalıdır. Məşqçilik elə-belə sənət deyil. Millidə işləyə hər bir şəxs maksimunu ora qoymalıdır. Klub yaddan çıxmalıdır. Təklif yoxdu. Millidən təklif olarsa, "Araz-Naxçıvan"dan getməlisən. 

- Bəzən mətbuatda uğursuz nəticələrdən sonra sizin göndəriləcəyiniz yazılır. Bu sizin psixoloji cəhətdən toparlanmağınıza necə təsir edir?
- Hər şeyə rəhbərlik qərar verir. Mən heç vaxt getməkdən qorxmamışam. İş barəsində sıxıntım yoxdur.

Məlik Məlikov

Chosen
674
11
futbolpress.az

10Sources