BAKI, 6 iyun. TELEQRAF
“Konstitusiya Dəyişiklikləri Şurasının iclası bu ayın sonu və ya gələn ayın əvvəlində baş tutacaq”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan deyib.
Nazir bildirib ki, şuranın iclasında yeni Konstitusiyanın mətni müzakirə ediləcək:
“Şura üzvlərinə işlənib hazırlanmış müəyyən müddəaları təqdim edəcəyik, amma mən o vaxta qədər əlavə təfərrüat vermək istəmirəm”.
Konstitusiyanın preambulasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın çıxarılıb-çıxarılmayacağı məsələsinə gəlincə, Qalyan qeyd edib ki, bu məsələdə aydınlıq yoxdur.