EN

Tesla pilotsuz avtomobillərlə bağlı qəza məlumatlarını gizlətmək istəyir

Tesla

Tesla şirkəti, firmanın istehsalı olan avtomobillərlə baş verən yol-nəqliyyat hadisələrinin detalları açıqlanmasın deyə məhkəməyə müraciət edib. Reuters yazır ki, İlon Maskın şirkəti ABŞ-ın Yol Təhlükəsizliyi İdarəsinə (NHTSA) bəzi məlumatların yayılmasını qadağan etdirmək istəyir. Söhbət xüsusilə pilotsuz idarəetmədə olan avtomobillərlə bağlı qəzalardan gedir.2024-cü ildə Washington Post qəzetinin NHTSA-ya qarşı qaldırdığı iddia bu məlumatların ictimaiyyətə açıq olmasını tələb edirdi. İdarə isə məlumatların ictimai xarakter daşımadığını bildirib. İndi isə eyni mövqeni Tesla müdafiə edir və belə məlumatların açıqlanmasının avtomobil sahiblərinə zərər verə biləcəyini deyir.Tesla, avtomatik idarəetmə texnologiyasını təbliğ etsə də, sürücülərin sükanı buraxmaması ilə bağlı xəbərdarlıqlar edir. Reuters qeyd edir ki, şirkət qəza məlumatlarını gizlətmək üçün hüquqi boşluqlardan istifadə edir.Ulusum.az

Diqqət Çəkənlər

SOCGOV 2025: Azərbaycanda Süni Zəka və Transformasiya üzrə Beynəlxalq Konfrans

Marketlərə çörək payladığı avtomobillə narkotik satırmış

Rabatda “Mərakeşli uşaqların gözü ilə Azərbaycan” rəsm müsabiqəsinin bağlanış mərasimi keçirilib - FOTO

Chosen
138
47
ulusum.az

10Sources