Azərbaycanda bu il məktəblilər üçün dərsliklərin istehsalına xərclənəcək vəsaitin həcmi açıqlanıb.
Mynews.azİqtisadiyyat.az-a istinadÉ™n xÉ™bÉ™r verir ki, Elm vÉ™ TÉ™hsil Nazirliyi bununla baÄŸlı hazırlıqları baÅŸa çatdırıb.Â
MÉ™lumata görÉ™, mÉ™ktÉ™bÉ™hazırlıq qruplarından tutmuÅŸ buraxılış siniflÉ™rinÉ™ qÉ™dÉ™r dÉ™rs vÉ™saitlÉ™rinin istehsalı 12 milyon 740 min manata baÅŸa gÉ™lÉ™cÉ™k.Â
Məktəbəhazırlıq qrupları üçün "Məktəbə hazırlaşırıq" adlı dərsliyindən Azərbaycan və rus dilində istehsalına 689 min manat vəsait sərf olunacaq.
Bildirilir ki, 1-2-ci siniflər üzrə dərsliklərin istehsalına 3 milyon 275 min manat, 3-4-cü siniflər üzrə dərsliklərin istehsalına 649 min manat, 5-6-cı siniflər üzrə kiçik və böyük ölçülü dərsliklərin istehsalına 3 milyon 726 min manat, 7-9-cü siniflər üzrə kiçik və böyük ölçülü dərsliklərin istehsalına 3 milyon manata yaxın, 10-11-ci siniflər üzrə kiçik və böyük ölçülü dərsliklərin istehsalına isə 1 milyon 400 min manat vəsait sərf olunacaq.
Eləcə də dövlət peşə təhsili müəssisələri üçün dərsliklərin istehsalı isə 475 min manata başa gələcək.
Nazirlik qeyd olunan dərsliklərin istehsalı ilə bağlı bir neçə nəşriyyat və poliqrafiya şirkəti ilə ümumi dəyəri 12 milyon 740 manat olan müqavilələr bağlayıb.