Azərbaycanda dərslik kitabları yenilənir.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, bu məqsədlə, məktəbəhazırlıq qruplarından tutmuş buraxılış siniflərinə qədər dərs vəsaitlərinin istehsalı üçün 12 milyon 740 min manat ayrılıb.
Təhsil ekspertləri bildirirlər ki, hazırda orta təhsil müəssisələrində tədris edilən bəzi dərsliklərin, xüsusilə ibtidai sinif dərsliklərinin sadələşdirilməsinə ehtiyac var.
Təhsil eksperti Kamran Əsədov bildirir ki, dərsliklərin yenilənməsi vacib olsa da bu müəllimlər üçün müəyyən çətinliklər yaradır.
Ekspert həmçinin onu da əlavə edib ki, təhsilin təkmilləşdirilməsi və resursların optimallaşdırılması üçün dərsliklərin vaxtında yenilənməsi, yalnız dərsliklərin fiziki vəziyyətinə deyil, həm də onların məzmununa da aid olmalıdır.
Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.