Sünik rayonunun Tex icmasının 2 sakini tapıldıqdan sonra onlarla söhbətdən məlum olub ki, ev heyvanlarını axtararkən azıb və dumana görə səmti itiriblər.
Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.
Xidmət bildirib: "Onları azərbaycanlıların oğurlaması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil".
18 yaşlı Karen Cangiryan və 17 yaşlı Andrey Qyaqunts hazırda Tex icmasındadır.
Telegram kanalımız