AZ

Tokayev müdafiə nazirini qəbul edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni təyin etdiyi müdafiə naziri Dauren Kosanovu qəbul edib.

XəzərNews.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Tokayev yeni müdafiə nazirinə döyüş hazırlığını gücləndirməyi tapşırıb:

“Görüş zamanı dövlət başçısı ordunun döyüş hazırlığının gücləndirilməsi, idarəetmə sisteminə rəqəmsal həllərin tətbiqi, Xüsusi Əməliyyat Qüvvələrinin imkanlarının genişləndirilməsi, sosial və ideoloji işin səmərəliliyinin artırılması, həmçinin hərbi infrastrukturun modernləşdirilməsi ilə bağlı bir sıra konkret tapşırıqlar verib”, – məlumatda qeyd olunur.

Xatırladaq ki, Tokayev bu gün general-polkovnik Ruslan Jaksılıkovun müdafiə naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. O, 2022-ci ildən bu vəzifəni icra edirdi.

Xəbər 2 dəfə oxunub.
Seçilən
284
50
xezernews.az

10Mənbələr