Fransa Prezidenti Emmanuel Makron iyunun 15-də Qrenlandiyaya səfər edəcək.
"Report" “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidentinin administrasiyası məlumat yayıb.
Bildirilib ki, E.Makron orada Qrenlandiyanın və Danimarkanın Baş naziriləri Yens-Frederik Nilsen və Mette Frederiksen ilə görüşəcək.
"Danışıqlar Şimali Atlantika və Arktikada təhlükəsizlik, iqlim dəyişikliyi, enerji keçidi və digər məsələlərlə bağlı olacaq", - administrasiyanın bəyanatında qeyd olunub.