AZ

Makron Arktikada təhlükəsizlik məsələlərinin müzakirəsi üçün Qrenlandiyaya səfər edəcək

Fransa Prezidenti Emmanuel Makron iyunun 15-də Qrenlandiyaya səfər edəcək.

"Report" “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidentinin administrasiyası məlumat yayıb.

Bildirilib ki, E.Makron orada Qrenlandiyanın və Danimarkanın Baş naziriləri Yens-Frederik Nilsen və Mette Frederiksen ilə görüşəcək.

"Danışıqlar Şimali Atlantika və Arktikada təhlükəsizlik, iqlim dəyişikliyi, enerji keçidi və digər məsələlərlə bağlı olacaq", - administrasiyanın bəyanatında qeyd olunub.

Seçilən
78
50
report.az

10Mənbələr