EN

NATO Dəniz Təhlükəsizliyi Mükəmməlliyi Mərkəzində Azərbaycan bayrağı qaldırılıb

NATO DTMM-də Azərbaycan Respublikasının Dövlət Bayrağının qaldırılması mərasimi

Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən Şimali Atlantika Müqaviləsi Təşkilatının Dəniz Təhlükəsizliyi Mükəmməlliyi Mərkəzində (NATO DTMM) iyunun 2-də Azərbaycan Respublikasının Dövlət Bayrağının qaldırılması mərasimi keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Mərkəzin şəxsi heyətinin iştirak etdiyi mərasimdə Azərbaycan Respublikasının Dövlət Himninin sədası altında Dövlət Bayrağımız qaldırılıb.

Azərbaycan Respublikasının NATO DTMM-yə beşinci üzv kimi qəbul edilməsi

Mərasimdə çıxış edən NATO DTMM-nin rəisi 1-ci dərəcəli kapitan Mehmet Cengiz Ekren dəniz təhlükəsizliyinin qlobal ticarətdə, beynəlxalq əməkdaşlıqda və kollektiv təhlükəsizlikdəki rolunu vurğulayaraq, onun bugünkü qloballaşan dünyadakı həlledici əhəmiyyətini qeyd edib. Eyni zamanda, Azərbaycan Respublikasının NATO DTMM-yə beşinci üzv kimi qəbul edilməsinin mühüm proses olması və mövcud üzv ölkələr – Türkiyə, Yunanıstan, Portuqaliya və Rumıniya ilə birlikdə dəniz təhlükəsizliyinin gələcəyini formalaşdırmaq öhdəliyinin göstəricisi olduğu vurğulanıb. Çıxışda, həmçinin 2025-ci ildən etibarən 3 il müddətinə NATO DTMM-də “EDU/007 – Təhsil üzrə Qərargah Zabiti” vəzifəsinə təyin edilmiş 3-cü dərəcəli kapitan Muradov Murad Eldar oğlunun xidmət müddətində qazandığı təcrübəni öz ölkəsində uğurla tətbiq edəcəyi əminliklə vurğulanıb.
Mərasimin sonunda Azərbaycan Respublikasının NATO DTMM-yə töhfə verən ölkə olaraq qatılması şərəfinə zabitimizə xatirə hədiyyəsi təqdim edilib.

Chosen
97
50
operativmm.az

10Sources