EN

Çin nəşri: Makron Pekinlə təhlükəli oyun oynayır

BAKI, 8 iyun. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron Pekinə qarşı təhlükəli siyasət yürüdür.

Teleqraf xəbər verir ki, bu barədə Çinin “Sohu” nəşri məlumat yayıb.

Nəşr yazır: “Rusiyaya təzyiq göstərməkdə istədiyi nəticəni əldə edə bilməyən Makron taktikasını dəyişib və indi Çini təhdid edir”.

"Sohu" iddia edir ki, Makron bu yaxınlarda Pekindən Rusiya və Şimali Koreya arasındakı qarşılıqlı fəaliyyətə təsir göstərməyi xahiş edib. Fransa prezidentinin sözlərinə görə, bu, Şimali Koreya qoşunlarının Avropada potensial peyda olmasının qarşısını almaq üçün lazımdır. Makron təzyiq vasitəsi kimi NATO-nun Asiyada mümkün genişlənməsini qeyd edib.

Çinli analitiklər bu ilin əvvəlində NATO-nun Asiya-Sakit Okean regionunda təsirinin güclənməsi əleyhinə çıxış edən Fransa liderinin hərəkətlərindəki uyğunsuzluğa diqqət çəkiblər.

"Sohu" müşahidəçiləri hesab edirlər ki, Fransa liderinin NATO-nun mövcudluğu təhlükəsinin Çini Avropanın mövqeyini dəstəkləməyə məcbur edəcəyi ilə bağlı hesablaması səhvdir və Parislə Pekin arasında münasibətlərə mənfi təsir göstərə bilər.

Mayın 30-da Fransa lideri Sinqapurda keçirilən Şanqri-La Dialoq təhlükəsizlik konfransında Çinə ultimatum verərək, NATO-nun illərdir Asiyada hər hansı rol oynamasının əleyhinə olduğunu izah edib. Bununla belə, Makron bildirib ki, “Rusiya və KXDR-in Avropa torpaqlarında birgə fəaliyyəti” Qərb üçün böyük narahatlıq doğurur.

Chosen
92
12
teleqraf.com

10Sources