EN

Beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinalçıları məlum olub

Bakı. Trend:

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin İdarəetməbacarıqları üzrə imtahanında iştirak etmiş 1446 nəfər iştirakçıdan330 nəfəri yarımfinal mərhələsində iştirak hüququ qazanıb.

Trend-inməlumatına görə, onlardan 246 nəfəri kişi, 84 nəfəri isəqadındır.

Nəticələrə əsasən, keçid balı 555 T-bal təyin edilib.

Qarşıda iştirakçıları “Yüksəliş” müsabiqəsinin yarımfinalmərhələsi gözləyir. Yarımfinal mərhələsi 4-6 iyul tarixlərində baştutacaq. Yarımfinal mərhələsindən sonra iyulun 18-20-də isə finalmərhələlərinin keçirilməsi ilə beşinci “Yüksəliş” müsabiqəsi başaçatacaq.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib.

Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdiinkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafatqazanırlar.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlıAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

Məqalədə:
Chosen
92
8
az.trend.az

10Sources