EN

Azərbaycanın dağlıq və dağətəyi rayonlarında leysan olacaq – XƏBƏRDARLIQ

İyunun 9-11-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə KONKERT.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

Chosen
75
50
konkret.az

10Sources