AZ

Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

İyunun 9-11-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

 

Bu barədə Pravda.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

 

Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

Tarix: 8 İyun 2025, 16:57   
Seçilən
62
50
pravda.az

10Mənbələr