ABŞ-nin Tennessi Tullahoma şəhəri yaxınlığında göyərtəsində təxminən 20 nəfərin olduğu təyyarə qəzaya uğrayıb.
News24.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları bildiriblər.
İlkin məlumatlara görə, təyyarədə 16-20 nəfər olub.
Yaralılardan bəziləri xəstəxanaya aparılıb.
Sosial şəbəkələrdə qəzanın baş verdiyi yerdən fotolar paylaşılmaqdadır.
Ölənlərin sayı barədə məlumat verilmir.
CNN-in məlumatına görə, qəzaya uğrayan təyyarə paraşütlə tullanmalar üçün istifadə edilmiş.