EN

Ötən 2 gündə 34 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Bakı. Trend:

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri iləiyunun 7-də və 8-də ümumi çəkisi 34 kiloqrama yaxın narkotik vasitəaşkar olunaraq götürülüb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindənməlumat verilib.

Bildirilib ki, dövriyyədən çıxarılan narkotik vasitələr Qanunsuzdövriyyədən çıxarılan narkotik vasitələr– 11,9 kiloqrama yaxınheroin, 21,9 kiloqramdan çox marixuana, 141 qram metamfetaminolub.

Həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 43 ədəd çətənə kolupolis əməkdaşları tərəfindən aşkar olunaraq götürülüb, yabanı haldabitmiş 11,4 ton çəkidə 54000 ədəd çətənə kolu isə məhv edilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davametdirilir.

Chosen
314
42
az.trend.az

10Sources