EN

Naxçıvanda rəsmi sənədi saxtalaşdıran gizir hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edildi

Bakı.Trend:

Naxçıvanda rəsmi sənədi saxtalaşdıran gizir barədəqərar verilib.

Trend-in məlumatına görə, təqsirləndirilən şəxsMüdafiə Nazirliyinin Babək rayonu ərazisində yerləşən N nömrəlihərbi hissəsinin kəşfiyyat dəstəsinin hava kəşfiyyat manqasında baştexnik vəzifəsində, gizir hərbi rütbəsində həqiqi hərbi xidmətdəolub.

O bu dövrdə, bankdan kredit əldə etməkdən ötrü onaxidmət müddəti barədə arayış verilməsi üçün hərbi hissəyə müraciətedib, ona hərbi hissə komandirinin imzası və hərbi hissənin möhürüilə təsdiqlənmiş arayış təqdim edilib. O həmin arayışı banka təqdimetsə də, xidmət müddətinin bitməsinə az müddət qaldığı üçün onakredit verilməsindən imtina edilib.

Bundan sonra o, kredit əldə etməsi üçün hərbi hissətərəfindən təqdim edilmiş həmin arayışda düzəliş edib, guya xidmətmüddətinin bitməsinə hələ bir neçə il qaldığını göstərmək qərarınagəlib. Bu məqsədlə hərbi hissənin qərargah binasının 3-cümərtəbəsində yerləşən, kəşfiyyat dəstəsinin komandirinə məxsusotağa daxil olub, otaqda heç kimin olmamasından istifadə etməkləxidməti “hp” markalı kompüteri işə salıb. O daha sonra Word” faylıyaratmaqla “8” rəqəmi yazıb “Canon” markalı printerdən istifadəedərək bir neçə dəfə çap edərək arayışda olan tarixin sonuncu “5”rəqəminin üzərinə düşəcəyini yoxlayaraq buna əmin olduqdan sonrahəmin “5” rəqəmini əvvəlcədən özü ilə gətirdiyi ülgüclə mexanikiüsulla pozub arayışı printerə yerləşdirərək “8” rəqəmini çap edib.O bu yolla xidmət müddətinin bitməsi tarixinə düzəliş edərək hüquqverən rəsmi sənədi saxtalaşdırıb. O həmin sənədi yenidən bankatəqdim etsə də arayışda düzəliş edilməsi bank əməkdaşı tərəfindənaşkar edildiyindən kredit almağa nail ola bilməyib.

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsitərəfindən təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin-320.1-cimaddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlibilinib. Məcəllənin 50.1-ci maddəsi tətbiq edilərək islah işləriəvəzinə aylıq pul təminatından dövlət nəfinə 10 (on) faizməbləğində pul tutulmaqla 1 (bir) il müddətinə hərbi xidmət üzrəməhdudlaşdırma cəzasına məhkum edilib.

Chosen
175
50
az.trend.az

10Sources