EN

Fahrettin Altun: "Bu alçaq hücumu ən sərt şəkildə qınayırıq"

BAKI, 9 iyun. TELEQRAF

"İsrailin Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yola çıxan mülki “Madleen” gəmisinə qarşı hücumu beynəlxalq hüququn və insan hüquqlarının açıq-aşkar pozuntusudur. Bu alçaq hücumu ən sərt şəkildə qınayırıq".

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Komminikasiya İdarəsinin rəhbəri Fahrettin Altun sosial media hesabında qeyd edib.

"Sionist İsrail rəhbərliyi, əsas humanitar yardımların belə Qəzzaya çatmasına dözümsüz yanaşdığını bir daha göstərmişdir. Qəzzada aylardır davam etdirilən sistemli dağıntı və qətliamlar, heç bir əxlaqi və hüquqi ölçü tanımayan bir terror dövləti məhsuludur.

Qadınların, uşaqların, yaşlıların hədəf alındığı bu düşüncəsiz hücumlar artıq yalnız Fələstinin deyil, bütün bəşəriyyətin məsələsinə çevrilib.

İsrail rəhbərliyi 20 aydan artıqdır ki, həyata keçirdiyi vəhşiliklə regional sülhü təhdid edən, qlobal təhlükəsizliyi riskə atan bir “qarışdırıcıya” çevrilib. Bu həqiqəti görməzdən gələn, susan və ya reaksiyasız qalan hər bir mövqe bu cinayətə şərik olmaq deməkdir.

Türkiyə olaraq bu vəhşiliyin dayandırılması, Qəzzaya humanitar yardımların fasiləsiz çatdırılması və bölgədə ədalətli sülhün təmin olunması üçün çağırışımızı bir daha təkrar edirik. Beynəlxalq ictimaiyyəti və bütün insanlığı bu fəryada qulaq asmağa, konkret addımlar atmağa dəvət edirik",- deyə F.Altun bildirib.

Chosen
116
23
teleqraf.com

10Sources