Kaliforniya qubernatoru Gavin Newsom ABŞ prezidenti Donald Trampı etirazları yatırmaq üçün Los-Ancelesə Milli Qvardiya qoşunlarının yerləşdirilməsi əmrinə görə məhkəməyə verdiyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“O (Donald Tramp – TASS qeydi) yanğınlara başlayıb və qeyri-qanuni olaraq Milli Qvardiyanı federallaşdırmaq qərarına gəlib. Onun imzaladığı sərəncam təkcə Kaliforniyaya aid deyil. Biz onu məhkəməyə veririk”, – Newsom X-da yazıb.