Bakı. Trend:
Kaliforniya qubernatoru Qevin Nyusom etirazları yatırtmaq üçünLos-Ancelesə Milli Qvardiya qoşunlarının yerləşdirilməsi əmrinəgörə ABŞ prezidenti Donald Trampı məhkəməyə verəcək.
Trend-in məlumatına görə, bu barədə Q.Nyusom "X" sosialşəbəkəsində yazıb.
"O, yanğınları başladıb və qanunsuz olaraq Milli Qvardiyanınfederallaşdırılması haqqında qərar verib. Onun imzaladığı sərəncamyalnız Kaliforniyaya aid deyil. Biz onu məhkəməyə veririk", - deyəo bildirib.
Ağ Ev isə öz növbəsində Kaliforniya qubernatorunun D.Trampınqeyri-qanuni miqrantları həbs etməklə ştatda böhrana səbəb olmasıbarədə açıqlamalarını rədd edib.