Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinəBakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində,dənizdən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsiüçün müraciət daxil olub.
Nazirlikdən Trend-ə bildirilib ki, müraciətlə əlaqədar FHN-ninKiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinindalğıc-xilasediciləri cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraqaidiyyəti üzrə təhvil verilib.