Azərbaycan Premyer Liqasının ən bahalı futbolçuları məlum olub.
Futbolpress.az xəbər verir ki, bunlar “Qarabağ”ın üzvləri Leandro Andrade və Kadi Borgesdir. Hər iki oyunçunun “Transfermarkt” portalında qiyməti 2,5 milyon avro göstərilib.
Üçüncü sırada “atlılar”ın digər üzvü Nəriman Axundzadədir. 21 yaşlı hücumçunun transfer dəyəri 2 milyon avrodur.