“CIES Football Observatory” beynəlxalq idman araşdırmaları mərkəzi əsas sosial şəbəkələrdə (X, Instagram, Facebook, TikTok, YouTube) ən çox abunəçiyə malik komandaların siyahısını tərtib edib.
Publika.az xəbər verir ki, “Real” sosial şəbəkələrdə 470 milyondan çox izləyici ilə reytinq cədvəlinə başçılıq edir.
1.“Real” – 473,7 milyon abunəçi
2.“Barselona” – 427,4 milyon
3.“Mançester Yunayted” – 233,6 milyon
4.PSJ – 199,4 milyon
5.“Mançester Siti” – 179,5 milyon