12:32 10.06.2025
12:32 10.06.2025
Hazırda Azərbaycanda qızılca xəstəliyi qeydə alınmır.
Bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanda kifayət qədər həm uşaqların vaksinasiyası üçün Qızılca-Parotit-Məxmərək peyvəndi, həm də böyük yașlı əhali üçün Qızılca-Məxmərək peyvəndi mövcuddur.
Həmçinin qeyd olunub ki, ölkədə epidemiloji vəziyyət sabitdir.