EN

Tibb təhsili olmadan çalışan həkimlərə qarşı niyətədbir görülmür?

Analitik Ekspertiza Mərkəzindən Ajans.az-a məlumat verilib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, əmək münasibətlərində işəgötürən tərəfindən işə qəbul edilən şəxsin fəaliyyətinə görə məsuliyyət birbaşa işəgötürənin üzərinə düşür. 
Xüsusilə özəl tibb müəssisələrində çalışan tibbi personalın işə qəbulu, onların təhsil və peşə ixtisasına dair sənədlərinin yoxlanılması işəgötürən sahibkarın vəzifələrinə daxildir.
         Qurumdan bildirilib ki, ölkə ərazisində fəaliyyət göstərən özəl tibb müəssisələri sahibkarlıq subyekti olaraq, onların fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan       Respublikasının Qanununa uyğun şəkildə dövlət nəzarətinə cəlb olunur.  Bu nəzarət planlı və plandankənar yoxlamalar formasında həyata keçirilir. Planlı yoxlamalar zamanı sahibkarlıq subyektləri əvvəlcədən yazılı qaydada məlumatlandırılır və yoxlamalar yalnız təqdim olunan rəsmi sənədlər əsasında aparılır.  Mərkəzdən deyildi ki, əgər yoxlama zamanı tibbi təhsili olmayan şəxsin həkim kimi fəaliyyət göstərməsi kimi qanunsuz hallar aşkarlanarsa, məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən hüquqi müstəvidə araşdırılır və zəruri inzibati tədbirlər (cərimə, xəbərdarlıq və s.) görülür.
        

Bu cür halların təkrarlanması və sistematik xarakter alması halında isə, aidiyyəti qurum – İqtisadiyyat Nazirliyi qarşısında daha sərt tədbirlərin görülməsi məqsədilə müvafiq təqdimatla çıxış olunur.

Chosen
90
13
Ajans.az

10Sources