EN

İsveçli hücumçu 35 milyon maaş təklifini QƏBUL ETMƏDİ

Viktor Qyokereş "Əl-Hilal"a keçməkdən imtina edib.

Bizim.Media xəbər verir ki, isveçli hücumçuya illik 35 milyon avro maaş təklif olunub.

Ərəblər Viktorun çıxış etdiyi "Sportinq"ə 65 milyon avro ödəməyə hazırdırlar. Amma Qyokereş karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək istəməyib.

Qeyd edək ki, 27 yaşlı hücumçu Portuqaliya çempionatında 39 qol vuraraq, "Sportinq"in çempion olmasında böyük rol onayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
272
16
bizim.media

10Sources