Nazirlikdən Demokrat.az-a verilən məlumata görə, müraciətdə deyilir:
"Naməlum nömrələrdən gələn zənglər və mesajlar vasitəsilə vətəndaşların şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi cəhdlərinin qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi əhalini diqqətli olmağa çağırır.
İyunun 9-da vətəndaşların bank hesablarından kiberyolla pul vəsaitlərinin oğurlanması ilə bağlı polis orqanlarına hər hansı müraciət daxil olmayıb.
Vətəndaşlara bir daha xatırladılır ki:
— Bank kartlarının CVV/CVC kodu, istifadə müddəti, və SMS-lə göndərilən OTP şifrələri (birdəfəlik şifrələr) mütləq şəkildə məxfi saxlanmalıdır.
— Bu məlumatların üçüncü şəxslərlə paylaşılması nəticəsində bank hesablarından pul oğurluğu, vətəndaşın adından kredit və digər maliyyə əməliyyatlarının həyata keçirilməsi mümkündür".
DİN vətəndaşlara tövsiyə edir ki, naməlum nömrələrdən gələn zəng və mesajlara cavab verməsinlər: "Heç bir halda şəxsi və maliyyə məlumatlarınızı paylaşmayın, şübhəli ünsiyyət halında əlaqəni dərhal kəssin və nömrəni bloklayın".
10Sources
-
olke.azÖtən gün bank kartlarından oğurluq edilməyib ( 18070174)
-
ulusum.azDİN kiberdələduzluq halları ilə bağlı növbəti dəfə müraciət edib ( 18069700)
-
demokrat.azDİN dən əhaliyə MÜRACİƏT Bu nömrələri dərhal BLOKLAYIN ( 18069412)
-
demokrat.azDİN-dən əhaliyə MÜRACİƏT — Bu nömrələri dərhal BLOKLAYIN ( 18069364)
-
news24.azƏhalinin DİQQƏTİNƏ: SMS-lə göndərilən OTP şifrələri... ( 18063091)
-
7news.azDİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb ( 18065308)
-
cebheinfo.azDİN kiberdələduzluqla bağlı vətəndaşlara çağırış edib ( 18065062)
-
far.azDİN-dən vətəndaşlara kiberdələduzluq halları ilə bağlı növbəti XƏBƏRDARLIQ ( 18064762)
-
publika.azÖtən gün bank kartlarından oğurluq edilməyib ( 18064654)
-
aznews.azDİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb ( 18064375)