EN

Elçin Məsiyev İngiltərə millisinin oyununa təyinat alıb

Bakı, 10 iyun, AZƏRTAC

FIFA referisi Elçin Məsiyev növbəti dəfə təyinat alıb.

AZƏRTAC xəbər verir ki,o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək Çexiya – İngiltərə oyununun baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını italiyalı Simone Sozza yerinə yetirəcək.

İyunun 12-də Dunayska Streda şəhərində yerləşən “DAC Arena”da keçiriləcək B qrupunun matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Chosen
55
10
azertag.az

10Sources