AZ

Elçin Məsiyev İngiltərə millisinin oyununa təyinat alıb

FIFA referisi Elçin Məsiyev növbəti dəfə təyinat alıb.

90deqiqe.Az xəbər verir ki,o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək Çexiya – İngiltərə oyununun baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını italiyalı Simone Sozza yerinə yetirəcək.

İyunun 12-də Dunayska Streda şəhərində yerləşən “DAC Arena”da keçiriləcək B qrupunun matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Seçilən
45
10
90deqiqe.az

10Mənbələr