EN

BSM “Sədərək Firması”ndan 15 min manatlıq su alır

Bakı Sağlamlıq Mərkəzi (BSM) “Sədərək Firması” Dübrar Su Zavodu ilə satınalma müqaviləsi bağlayıb. 

Valyuta.az xəbər verir ki, müqavilədə içməli suların satın alınması nəzərdə tutulur. 

Məlum olur ki, BSM zavoddan 15 896,37 manatlıq su alacaq. 

Dübrar Su Zavodu “Sədərək Firması”nın nəzdində fəaliyyət göstərir. 

“Sədərək Firması” 2007-ci ildə qeydiyyata alınıb. Firmanın qanuni təmsilçisi Yunis Qədimbəylidir. Firmanın sahibi kimi isə Yunis Qədimbəylinin qardaşı, iş adamı Yusif Qədimbəylinin adı çəkilir. “Sədərək Firması” həm də “Sədərək” Ticarət Mərkəzinin sahibidir. 

Hüseyn

Chosen
66
valyuta.az

1Sources