EN

Spiker II Qaregini hədələdi: Qanundan qaça bilməyəcəksiniz

BAKI, 10 iyun. TELEQRAF

Ermənistan parlamentinin sədri Alen Simonyan Erməni Apostol Kilsəsinin rəhbərliyində mümkün dəyşiklikdən danışıb.

Teleqraf xəbər verir ki, o, bütün ermənilərin katolikosunun öz andından dönməyəcək şəxs olacağını bildirib.

“Erməni Apostol Kilsəsinin və ya bütün ermənilərin yeni katolikosu olacaq. Əgər Müqəddəs Eçmiədzin Kilsəsində bəziləri (katolikos II Qregin və ətrafını nəzərdə tutur – red.) “təhlükə keçənə qədər mağaralara girmək” taktikasının nəyisə dəyişəcəyini düşünürsə, yanılır. Əgər eyni çevrədə qanuna zidd hərəkətlərə yol verənlər qanun qarşısında məsuliyyətdən azad olunacağını düşünən bir şəxs varsa, çox yanılır. Buna görə də, reallıqla nə qədər tez qarşılaşsanız, hamınız üçün bir o qədər asan olacaq”, - spiker bildirib.

Chosen
83
1
teleqraf.com

2Sources