AZ

Spiker II Qaregini hədələdi: Qanundan qaça bilməyəcəksiniz

Ermənistan parlamentinin sədri Alen Simonyan Erməni Apostol Kilsəsinin rəhbərliyində mümkün dəyşiklikdən danışıb.
Teleqraf xəbər verir ki, o, bütün ermənilərin yeni katolikosunun öz andından dönməyəcək şəxs olacağını bildirib.
“Erməni Apostol Kilsəsinin və ya bütün ermənilərin yeni katolikosu olacaq. Əgər Müqəddəs Eçmiədzin Kilsəsində bəziləri (katolikos II Qregin və ətrafını nəzərdə tutur – red.) “təhlükə keçənə qədər mağaralara girmək” taktikasının nəyisə dəyişəcəyini düşünürsə, yanılır. Əgər eyni çevrədə qanuna zidd hərəkətlərə yol verənlər qanun qarşısında məsuliyyətdən azad olunacağını düşünən bir şəxs varsa, çox yanılır. Buna görə də, reallıqla nə qədər tez qarşılaşsanız, hamınız üçün bir o qədər asan olacaq”, - spiker vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş naziri bütün ermənilərin katolikosu II Qregini subaylıq andını pozmaqda ittiham edib. Paşinyanın sözlərinə görə, subaylıq andını pozaraq övlad sahibi olan Qaregin artıq Erməni Apostol Kilsəsinin rəhbəri ola bilməz.

Ermənistan hökumətinin başçısı Erməni Apostol Kilsəsinə yeni katolikosun seçilməsi üçün seçkilərə və koordinasiya qrupunun yaradılmasına çağırıb.
Seçilən
49
1
sherg.az

2Mənbələr