EN

Aİ təhlükəsizlik sahəsində “ideal fırtına” ilə üz-üzədir – ÖZƏL

Avropa İttifaqı (Aİ) təhlükəsizlik sahəsində "ideal fırtına" ilə üzləşib və ABŞ ilə "qəzəbli boşanma"nın qarşısını almaq üçün bütün vasitələrə əl atmalıdır. Olaylar.az xəbər verir ki, bu barədə Avropa komissarı Andrius Kubilius Brüsseldə keçirilən konfrans zamanı çıxış edərkən bildirib.
"Mən xüsusi olaraq vurğulamaq istəyirəm ki, Aİ hazırda təhlükəsizlik sahəsində ideal fırtına şəraitinə düşüb," - deyə o qeyd edib.
Kubilyus bu vəziyyətə səbəb olan üç əsas amili sadalayıb: Ukraynada davam edən münaqişə, Rusiyanın hərbi potensialının sürətlə artması və ABŞ-nin Avropadan çəkilməyə hazırlaşması. Onun sözlərinə görə, Avropa bu şəraitdə ABŞ-lə münasibətlərdə ciddi gərginlikdən yayınmalı və Vaşinqtonun Avropaya yönəlmiş hərbi diqqətinin azalmasının mənfi nəticələrini minimuma endirməlidir.
Kubilyus həmçinin Aİ iqtisadiyyatının hərbi səfərbərlik rejiminə keçirilməsinə və Rusiyayla mümkün müharibəyə hazırlıqların başlanmasına çağırıb.
Qeyd edək ki, oxşar çağırışlarla daha əvvəl NATO baş katibi Mark Rutte də çıxış edib. Hər iki Avropalı siyasətçi Rusiyanın 2030-cu ilədək Avropaya hücuma hazırlaşdığını iddia edirlər.
Bu açıqlamalar NATO-nun 24-25 iyun tarixlərində Haaqada keçiriləcək sammiti ərəfəsində verilir. Sammitdə alyansa üzv ölkələrin hərbi xərcləri ÜDM-in 2%-indən 5%-ə qədər artırmaq öhdəliyini qəbul etməsi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
49
olaylar.az

1Sources