EN

Lənkəranda ağır qəza: 5 nəfər xəsarət aldı - FOTO

Lənkəranda ağır yol qəzası baş verib.

 

Sfera.az xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Girdəni kəndindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, "VAZ-2107" markalı avtomobillə "Mercedes" markalı nəqliyyat vasitəsi toqquşub.

 

Qəza nəticəsində Lənkəran rayonunun Havzava kəndindən olan 5 nəfər — 1976-cı il təvəllüdlü Kəsirə Sabir qızı Xudaverdiyeva, 1984-cü il təvəllüdlü Kərim Mərhəmət oğlu Əliyev, eləcə də 2010-cu il təvəllüdlü A.Xudaverdiyev, 2011-ci il təvəllüdlü K.Kərimli və 2012-ci il təvəllüdlü A.Kərimli — müxtəlif xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdiriliblər.


K.Xudaverdiyeva və K.Əliyev xəstəxananın cərrahiyyə şöbəsinə köçürülüblər. Digər yaralıların müalicəsi təcili yardım şöbəsində davam etdirilir.
 

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.







Chosen
21
12
sfera.az

10Sources