AZ

Lənkəranda qəza: 5 nəfər xəstəxanalıq oldu - FOTO

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
 
Hadisə Lənkəran-Boradigah-Masallı magistralının Girdəni kəndindən keçən hissəsində qeydə alınıb.
 
Belə ki, “VAZ-2107” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində Lənkəranın Havzava kənd sakinləri - 1976-cı il təvəllüdlü Kəsirə Sabir qızı Xudaverdiyeva, 1984-cü il təvəllüdlü Kərim Mərhəmət oğlu Əliyev, 2010-cu il təvəllüdlü A.Xudaverdiyev, 2011-ci il təvəllüdlü K.Kərimli və 2012-ci il təvəllüdlü A.Kərimli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
 
Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Yaralılara ilkin tibbi yardım göstərilib və xəstəxananın müvafiq şöbələrinə yerləşdiriliblər.
 
Faktla bağlı araşdırma aparılır. /Qafqazinfo/
 
Seçilən
22
3
moderator.az

10Mənbələr