EN

“ChatGPT” “OpenAI” ya 10 milyard dollar qazandırıb

Azpost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“OpenAI” şirkətinin illik daimi gəlirinin həcmi ilk dəfə olaraq 10 milyard dolları keçib.

Bu nəticə 2022-ci ilin noyabrında “ChatGPT”nin istifadəyə verilməsindən cəmi üç ilə yaxın müddətdə əldə olunub və süni intellekt əsaslı məhsullara tələbatın sürətlə artdığını təsdiqləyir.

Məlumata görə, gəlirə “ChatGPT”nin istehlakçılar üçün olan versiyası, korporativ “ChatGPT” və API-dən əldə olunan vəsait daxildir. Buraya “Microsoft” şirkətindən alınan lisenziya haqları və digər qeyri-daimi razılaşmalar daxil deyil. Ötən il eyni göstərici 5,5 milyard dollar təşkil etmişdi ki, bu da təxminən ikiqat artımı göstərir.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Cari ilin mart ayında “OpenAI” özəl texnologiya sahəsi üçün rekord hesab edilən 40 milyard dollarlıq maliyyələşdirmə mərhələsini başa çatdırıb. Hazırkı gəlir səviyyəsinə əsasən, şirkətin dəyəri illik gəlirin təxminən 30 misli qədər qiymətləndirilir ki, bu da biznesin böyük miqyasda genişlənməsi ilə bağlı gözləntiləri əks etdirir.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
39
1
azpost.info

3Sources