AZ

“ChatGPT” 10 milyard dollar qazandırdı

“OpenAI” şirkətinin illik daimi gəlirinin həcmi ilk dəfə olaraq 10 milyard dolları keçib.

Aznews.azxarici KİV-lərə istinadən xəbər verir ki, bu nəticə 2022-ci ilin noyabrında “ChatGPT”nin istifadəyə verilməsindən cəmi üç ilə yaxın müddətdə əldə olunub və süni intellekt əsaslı məhsullara tələbatın sürətlə artdığını təsdiqləyir.

Məlumata görə, gəlirə “ChatGPT”nin istehlakçılar üçün olan versiyası, korporativ “ChatGPT” və API-dən əldə olunan vəsait daxildir. Buraya “Microsoft” şirkətindən alınan lisenziya haqları və digər qeyri-daimi razılaşmalar daxil deyil. Ötən il eyni göstərici 5,5 milyard dollar təşkil etmişdi ki, bu da təxminən ikiqat artımı göstərir.

Seçilən
43
1
aznews.az

3Mənbələr