EN

Binəqədidə zəncirvari QƏZA: ANBAAN GÖRÜNTÜLƏRİ

“Baş verən zəncirvari yol-nəqliyyat hadisəsi Binəqədi rayonu ərzisində, Heydər məscidinin qarşısında baş verib”.

Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib.

O qeyd edib ki, hadisə iyunun 9-u, saat 21:00-da qeydə alınıb.

“Hadisə iki BMW, KİA və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində baş verib. Maddi ziyanla nəticələnən qəzadır. Xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır”, – deyə T.Nəsirli bildirib.

Bakının Binəqədi rayonunda baş verən qəzanın görüntüləri yayılıb.

Hadisə Həmzə Babaşov küçəsində baş verib.

Qəza nəticəsində BMW markalı avtomobil yol kənarında dayanan digər nəqliyyat vasitələrinə çırpılıb.

Həmin görüntüləri təqdim edirik:

Chosen
63
6
editor.az

6Sources