AZ

Binəqədidə zəncirvari QƏZA: ANBAAN GÖRÜNTÜLƏRİ

"Baş verən zəncirvari yol-nəqliyyat hadisəsi Binəqədi rayonu ərzisində, Heydər məscidinin qarşısında baş verib".
 
Bunu Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib.
 
O qeyd edib ki, hadisə iyunun 9-u, saat 21:00-da qeydə alınıb.
 
"Hadisə iki BMW, KIA və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində baş verib. Maddi ziyanla nəticələnən qəzadır. Xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır", - deyə T.Nəsirli bildirib.
 
Əzizə İsmayılova
 
10:36
 
Bakının Binəqədi rayonunda baş verən qəzanın görüntüləri yayılıb.
 
Hadisə Həmzə Babaşov küçəsində baş verib.
 
Qəza nəticəsində BMW markalı avtomobil yol kənarında dayanan digər nəqliyyat vasitələrinə çırpılıb.
 
Həmin görüntüləri təqdim edirik:

 

Seçilən
57
6
moderator.az

6Mənbələr