EN

Məhkəmə Alimpaşa Məmmədovla bağlı qərar verib

Bakı.Trend:

Şəmkir rayonunun həbsdə olan keçmiş icra başçısıAlimpaşa Məmmədov barəsində olan hökmdən və üzərinə həbs qoyulmuşəmlakı ilə bağlı verilən kassasiya şikayəti üzrə məhkəmə prosesikeçirilib.

Trend xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim ŞahinYusifovun sədrliyi ilə keçirilən prosesdə Alimpaşa Məmmədov cəzailə bağlı kassasiya şikayətini geri götüməsi barədə məhkəməyə ərizəilə müraciət edib.

Məhkəmə onun gələcəkdə yenidən kassasiya şikayətivermək hüququnu saxlamaqla müraciəti təmin edib.

Alimpaşa Məmmədovun əmlakla bağlı şikayəti təminolunmayıb.

Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprelayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilənəməliyyatla həbs olunub.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən,sabiq icra başçısı 11 il 6 ay müddətinə azadlıqdan məhrumedilib.

Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə AlimpaşaMəmmədovun cəzası bir il azaldılaraq cəzası 10 il 6 ayaendirilib.

Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 179.4(mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pulvəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindənsui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvətalma) maddələri ilə ittiham elan olunub. Cinayət işi ilə bağlısabiq icra başçısının 11 milyonluq əmlakı üzərinə həbs qoyulub.

Chosen
63
3
az.trend.az

8Sources