Serbiya prezidenti Aleksandr Vuçiç müharibə başlayandan bəri ilk dəfə Ukraynaya səfər edəcək.
Publika.az xəbər verir ki, səfər iyunun 11-nə planlaşdırılıb. Bu barədə Serbiya liderinin rəsmi saytında məlumat verilib. “Prezident Vuçiç iyunun 11-də Ukraynaya bir günlük səfər edəcək və burada Odessada Ukrayna-Cənub-Şərqi Avropa sammitində iştirak edəcək”, - məlumatda bildirilir.
Ukrayna-Cənub-Şərqi Avropa formatı Kiyev və Balkan dövlətləri arasında çoxtərəfli dialoq platformasıdır.
Qeyd edək ki, Serbiya Rusiya ilə dost münasibətləri olan ölkələrdəndir.