ain.az bildirir, Metbuat portalına istinadən.
Məktəblərdə dərs vəsaitləri artıq yığılıb, amma buna baxmayaraq,
şagirdlərdən son zəngədək məktəbə davam etmələri tələb olunur. Dərslər faktiki
keçirilmir və bu da 14 iyuna qədər uşaqların məktəbə getməsinin nə dərəcədə məntiqli
olduğunu sorğulayır.
Təhsil eksperti Elşən Qafarov Metbuat.az-a açıqlamasında bildirib ki, tədris
ilinin müddəti Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli, 66 nömrəli
qərarı ilə tənzimlənir və tədris ili iyunun 14-də başa çatır. Amma çox təəssüf
olsun ki, hələ may ayından etibarən ayrı-ayrı məktəblərdə dərsliklər yığılmağa
başlayıb.
Ekspert bunun əsas səbəbi kimi buraxılış imtahanlarının tədris ilinin
sonuna, yəni iyunun 14-nə hələ 12-14 həftə qalmış, mart və aprel aylarında
keçirilməsini göstərib:
“Bu səbəbdən məktəbin əsas aparıcı qüvvəsi olan buraxılış sinifləri
imtahandan sonra dərsə gəlmir və düşünürlər ki, hər şey buraxılış imtahanlarına
qədərdir. Onların məktəbə gəlməməsi məktəbdə bütün nizam-intizamı, o cümlədən
davamiyyəti pozur. Bu zaman bir çox hallarda dərsliklər də it-bata düşür. Təəssüf
ki, direktorlar şagirdləri məktəbə cəlb edə bilmədikləri üçün alternativ olaraq
dərslikləri erkən yığmağı düşünürlər. Bu isə nəticə etibarı ilə məktəbin ümumi
təhsil mühitinə mənfi təsir göstərir”.
E.Qafarovun sözlərinə görə, şagirdlərin sinifdən-sinifə keçmə qaydalarına
əsasən, son summativ qiymətləndirmə iyunun 11-nə qədər aparılmalı, dərsliklər
isə iyunun 12-si və 13-ü tarixlərində yığılmalıdır:
“Hazırda məktəb rəhbərləri və müəllimlər çox çətin bir vəziyyətlə üz-üzə
qalıblar. Şagirdləri dərsə cəlb etmək mümkün olmur, davamiyyətlə bağlı
tədbirlər nəticə vermir və bu kütləvi hal aldıqda, məktəb rəhbərliyi çıxılmaz
duruma düşür. Nəticədə dərsliklər də it-bata düşür və məktəblərdə təhsil mühiti
getdikcə daha da pisləşir. Əslində, dərsliklər iyunun 12-13-də yığılmalıdır.
Amma bu mümkün olmur. Təəssüf ki, təhsil idarəetmə orqanları da bu proseslərə
nəzarət edə bilmir. Hər hansı məsələ ictimailəşəndə, məktəb rəhbərini
cəzalandırmaqla problemin həllini düşünürlər. Amma məktəb rəhbərinin yanında
heç kim olmur. Bu, tək-tük məktəblərdə deyil, əksər məktəblərdə müşahidə olunur
və artıq sistemli xarakter daşıyır. Hətta “şagird nizam-intizam qaydalarının
tətbiq olunduğu” məktəblərdə də vəziyyət eynidir”.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Ən böyük problemlərdən biri olaraq da təhsil idarəetmə orqanlarının iflic
vəziyyətə düşməsini vurğulayan mütəxəssis qeyd edib ki, bu orqanlar təhsil
prosesini sistemli şəkildə nə idarə edə, nə də ona nəzarət edə bilirlər:
“Təsəvvür edin ki, təkcə Bakı Şəhəri üzrə Təhsil İdarəsində üç ildən
artıqdır müdir vəzifəsi vakantdır. Hazırda bu vəzifəni həm Təhsil Agentliyinin
müdir müavini, həm də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi yerinə
yetirir. Ümumilikdə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ölkənin ən böyük yerli
təhsil idarəetmə orqanıdır. Hər üç şagirddən biri bu idarəyə tabe olan
məktəblərdə təhsil alır. Hər beş müəllimdən biri isə həmin məktəblərdə çalışır.
Bu qədər böyük bir idarəetmə orqanının fəaliyyətinin iflic vəziyyətinə düşməsi
də prosesə təsir edir”.
Sevinc İbrahimzadə / Metbuat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.