EN

Milli Məclisin sədri Sahibə Qafarova Astanada Nurdinjon İsmoilov ilə qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 11-də Qazaxıstanınpaytaxtı Astana şəhərində Türk Dövlətləri Parlament AssambleyasınınXIV plenar iclası çərçivəsində Özbəkistan Respublikası AliMəclisinin Qanunverici Palatasının sədri Nurdinjon İsmoilov iləgörüşüb.

Parlamentdən Trend-ə verilən məlumata görə, görüşdə dost ölkələrimizarasında münasibətlərin yüksək səviyyəsindən razılıq ifadəolunaraq, Azərbaycanla Özbəkistanın bir çox sahələrdə uğurlaəməkdaşlıq etdiyi qeyd edilib. Münasibətlərin hazırki yüksəksəviyyəyə çatmasında iki ölkənin dövlət başçılarının mühüm roludiqqətə çatdırılaraq, bildirilib ki, ali və yüksək səviyyəliqarşılıqlı səfərlər, sıx təmaslar dost və qardaş ölkələrimizarasında əlaqələrin yeni mərhələyə daxil olmasını şərtləndirib.

Söhbət zamanı qeyd edilib ki, qanunverici orqanlarımız arasındaəlaqələrin genişlənməsi ikitərəfli münasibətlərin inkişafına töhfəverir. Milli Məclisin Özbəkistan parlamentinin hər iki palatası iləəlaqələrinin yüksək səviyyədə olduğu vurğulanıb.

Spiker Sahibə Qafarova özünün Özbəkistana, qarşı tərəfinqanunverici orqanlarının rəhbərlərinin isə ölkəmizə səfərləriniməmnunluqla xatırladaraq, bu sahədə müsbət dinamikanın olduğunudeyib. Vurğulanıb ki, parlamentarilərimiz həm ikitərəfli əsasda,həm də beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edirlər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikirmübadiləsi aparılıb.

Məqalədə:
Chosen
68
18
az.trend.az

10Sources