İyunun 11-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.
Mia.az xəbər verir ki, Komitənin sədri Anar İsgəndərov iclasda bir məsələnin – “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəyə təqdim edildiyini söyləyib.