ABŞ Çinlə razılığa gəlib. Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib. O sosial media hesabında ABŞ və Çin arasında ticarət danışıqları ilə bağlı paylaşım edib. Tramp Çinlə razılığa gəldiklərini bəyan edib. Tramp bildirib ki, onun və Çin sədri Si Cinpinin sənədi imzalamasından sonra razılaşma qüvvəyə minəcək. Tramp ABŞ-nin 55 faiz, Çinin isə 10 faiz tarif tətbiq edəcəyini açıqlayıb. Qeyd edək ki, ABŞ və Çin arasında ticarət danışıqları ilə bağlı gərginlik yaranmışdı. Tərəflər gömrük vergilərini artırmışdı.