AZ

“Çinlə razılaşma başa çatıb” Tramp

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Çinlə aparılan ticarət danışıqları ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

"AzPolitika" xəbər verir ki, Tramp Çinlə çərçivə razılaşmasının tamamlandığını açıqlayıb.

“Çinlə razılaşma başa çatıb və yalnız mənimlə Çin Prezidenti Si Cinpinin yekun təsdiqinə tabedir”, - deyə Tramp Qeyd edib.

Prezidentin sözlərinə görə, əldə olunmuş razılaşmaya əsasən, nadir torpaq elementləri dərhal ABŞ-yə çatdırılacaq. 

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

O, həmçinin ticarət tarifləri ilə bağlı yeni detallar da açıqlayıb. Tramp qeyd edib ki, ABŞ Çin məhsullarına 55 faiz rüsum tətbiq edəcək, Çin isə 10 faiz tariflə kifayətlənəcək.

Prezident Tramp paylaşımının sonunda ABŞ-Çin münasibətlərini yüksək qiymətləndirərək, “əlaqələr mükəmməldir” ifadəsini işlədib.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
8
azpolitika.info

9Mənbələr