Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketini elan edib.
Operativ Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Alyans hesab edir ki, Moskvanın Ukraynaya gündəlik hücumları onun sülhdə maraqlı olmadığını göstərir.
Yeni sanksiyalar paketi Kremlin neft və qaz hasilatından pul qazanmaq imkanlarını hədəfləyir. Bu, Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı işğalına başlamasından bəri tətbiq etdiyi 18-ci sanksiyadır.